Azərbaycan klubları üçün avrokubok mövsümü başa çatıb.
Sportinfo.az xəbər verir ki, sonuncu təmsilçimiz “Qarabağ” mübarizəni Avropa Liqasının Liqa mərhələsində dayandırıb.
Ağdam klubu ilə yanaşı, “Zirə”, “Sabah” və “Sumqayıt”ın qatıldığı avrokuboklar mövsümü Azərbaycana UEFA reytinqində 2,875 xal gətirib.
Bu, son mövsümün antirekordudur. Əvvəlki üç cəhddə ölkəmiz “4”dən aşağı qiymət almayıb.
Sonuncu dəfə aşağı göstərici 2020/21 mövsümündə yaşanıb. Onda əmsalımız 2,500-ə bərabər olub.
Bizim üçün başa çatan mövsüm bir tendensiyaya da son qoyub. 2,875 xala ən çox töhfəni bir deyil, iki klub verib. “Qarabağ”la “Zirə” ölkəmiz üçün hərəyə 1,250 xal gətiriblər.
Bununla da Qurban Qurbanovun komandasının 11 illik hegemonluğu sona çatıb. Son 11 mövsümdə “Qarabağ” bu göstəricidə vahid lider olub. Hətta qrup mərhələsində iki təmsilçimizin olduğu illərdə də “Qəbələ” Ağdam klubundan geri qalıb.
“Qarabağ”ın Azərbaycanın əsas xal mənbəyi olması tendensiyası 2013/14 mövsümündən başlayıb.
11 dəfə vahid lider olan Ağdam təmsilçisi ilk dəfə özünə şərik tapıb. Maraqlıdır ki, bu şərikin baş məşqçisi Rəşad Sadıqovun hegemonluğun əsasının qoyulduğu illərdə kapitan kimi “Qarabağ”a xidmət edib.
Ağdam klubunun Azərbaycanın UEFA reytinqinə ən çox xal verən komanda olmaması sonuncu dəfə 2012/13 mövsümündə yaşanıb. Onda rekordçumuz Avropa Liqasının qrupuna cığıraçan “Neftçi” olub.
Düzdür, həmin mövsüm “Qarabağ” ümumiyyətlə Avropaya çıxmayıb. Bu üzdən “ağ-qaralar” onları avrokuboklarda qabaqlamayıb. Amma qitə səhnəsinə çıxmaması da elə klubun öz uğursuzluğudur.
Hərçənd avrokubokdan kənar qaldığı 2012/13 mövsümündən əvvəlki 3 futbol ilində də Azərbaycana ən çox faydanı “Qarabağ” verib.
Bir sözlə, Qurban Qurbanovun Ağdam klubunda çalışdığı illərdə yalnız 2 dəfə başqa komanda 1-ci sırada olub. 2008/09 mövsümündə “İnter”, 4 il sonra “Neftçi” zirvəni ələ keçirib.
Hər iki mövsümdə “Qarabağ” Avropada oynamayıb. Bu dəfə üzə yeni lider çıxmasa da, bu ada şərik tapılıb (idman.biz).
mövsüm |
əmsal |
lider |
liderin əmsalı |
2012/13 |
3,000 |
“Neftçi” |
1,625 |
2013/14 |
2,500 |
“Qarabağ” |
1,375 |
2014/15 |
3,625 |
“Qarabağ” |
2,250 |
2015/16 |
4,375 |
“Qarabağ” |
1,750 |
2016/17 |
4,250 |
“Qarabağ” |
2,125 |
2017/18 |
4,375 |
“Qarabağ” |
2,625 |
2018/19 |
2,375 |
“Qarabağ” |
1,625 |
2019/20 |
3,375 |
“Qarabağ” |
2,250 |
2020/21 |
2,500 |
“Qarabağ” |
1,625 |
2021/22 |
4,375 |
“Qarabağ” |
3,500 |
2022/23 |
4,000 |
“Qarabağ” |
3,125 |
2023/24 |
5,875 |
“Qarabağ” |
4,750 |
2024/25 |
2,875 |
“Qarabağ”, “Zirə” |
1,250 |
Cari mövsümdə Azərbaycana “Qarabağ”la “Zirə” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal qazandırıb.