COP29

Azərbaycanda rüzgar kimi əsən QARDAŞLAR - Adamın belə övladları ola...

31 Yanvar 23:40 Araşdırma 223
Azərbaycanda rüzgar kimi əsən QARDAŞLAR - Adamın belə övladları ola...

Cari mövsümdə Premyer Liqada Mikels qardaşları rüzgarı əsir.

Almaniyadan olan qardaşlardan Coy-Lens azərbaycanlı futbolsevərlərə çoxdan tanışdırsa, ölkəmizə ötən yay təşrif buyuran Leroy sırli qutu idi.

Zaman göstərdi ki, Leroy istedadına görə böyük qardaşından heç də geri qalmır. Əksinə, bəzi komponentlərdə onu üstələyir.

2021-2023-cü illər aralığında Premyer Liqada üst-üstə 29 qol vuran “Sabah”ın yarımmüdafiəçisi cari “futbol ili”ndə əvvəlki məhsuldarlığından uzaq düşsə də, ümumi planda pis təsir bağışlamır.

“Tələbələr”in şərəfini qoruyan “20 nömrə” bu il elitada şans qazandığı 19 görüşdə 8 qol vurmaqla bombardirlər cədvəlində “Araz-Naxçıvan”lı Felipe Santosla birgə liderlik edir. Bununla yanaşı, aktivinə 2 assist də yazdırmağı bacarıb.

Konfrans Liqasında şans qazandığı 4 qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə bacarığını ortaya qoyub.

Kiçik Mikelsin Premyer Liqaya vəsiqə qazanan və ortabab futbolçulardan qurulan “Şamaxı”da top qovduğunu nəzərə alsaq, göstəriciləri pis deyil.

Elitada meydana çıxdığı 17 qarşılaşmada 4 qol və 3 assistlə fərqlənən 29 yaşlı futbolçu əbəs yerə qolunda kapitan sarğısını daşımır. Texniki bacarığı və sürəti ilə seçilən Leroy, artıq bir sıra komandaların diqqətini çəkməyi bacarıb.

Beləliklə, Premyer Liqamızdakı iki qardaş cari mövsümdə birlikdə 12 qol vurub, 5 məhsuldar ötürməyə imza atıblar.

Dünya futbolunda qardaşların eyni anda parlaması və mütəmadi diqqət mərkəzində olması faktına nadir hallarda rast gəlmək mümkündür.

Adətən, biri ulduz olanda, digəri kölgədə qalır. Mikelsləri bu baxımdan istisna saymaq olar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”
31 Yanvar 16:30 Çək və bizə göndər!
31 Yanvar 03:30 "Zirə" üz vermədi - 7:1