COP29

“Heç bir iddiaları qalmayıb”- “Qarabağ” Pireydə 0:2 hesabı ilə uduzacaq?

30 Yanvar 12:40 Araşdırma 252
“Heç bir iddiaları qalmayıb”- “Qarabağ” Pireydə 0:2 hesabı ilə uduzacaq?

Avropa Liqasının Liqa mərhələsinin son turu çərçivəsində keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu ilə bağlı Avropa mətbuatında geniş araşdırma aparılıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma öncəsi Yunanıstan klubu favorit göstərilib.

Doğrudur, bu komandalar arasında 2022-ci ildə keçirilən hər iki matçda “Qarabağ”ın uduzmaması xüsusi vurğulanıb. Lakin komandaların hazırkı durumunun daha vacib olduğu qeyd olunub:

“Olimpiakos” oktyabrdan bəri məğlub olmur. Üstəlik, son tur Yunanıstan klubu üçün daha əhəmiyyətlidir.

Çünki qalibiyyət təqdirində komandanın ilk “8-liy”ə düşərək, 1/8 final mərhələsinə vəsiqə qazanmaq şansı olacaq. “Qarabağ”ın isə heç bir iddiası qalmayıb”.

Xose Luis Mendilibarın yetirmələrinin görüşdən 2:0 hesablı qalibiyyətlə ayrılacağı təxmin edilib.

Bu gün Pireydə keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hazırda “Olimpiakos” 12 xalla 12-ci, “Qarabağ” isə 3 xalla 34-cü pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 17:30 Çək və bizə göndər!
30 Yanvar 10:00 “Qalatasaray”dan getdi