COP29

Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur

03:10 Araşdırma 191
Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur

Son vaxtlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar yayılır.

Hökumətdəki mənbələrdən APA-ya bildirilib ki, Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur.

“Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur. Belə bir dəyişikliyə hazırlaşmırıq. Bunu müzakirə edənlərin hansı məqsəd daşıdıqları, bu informasiyaların hansı zərurətdən yarandığı da bizə məlum deyil”, - deyə, mənbə bildirib.

Bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Konstitusiya və suverenlik ili” elan olunub.

Dövlət başçısının sərəncamında “Konstitusiya və Suverenlik ili” nin elan olunmasının səbəbi göstərilib.

Sərəncamda qeyd olunub ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq bu il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı