COP29

Vətən müharibəsi qazisinin dağlıq ərazidə meyiti tapıldı

25 Yanvar 08:00 Araşdırma 344
Vətən müharibəsi qazisinin dağlıq ərazidə meyiti tapıldı

32 yaşlı Zaqatala rayon sakini yüksək dağlıq ərazidə məşhur Şamil yaylağında ölü tapılıb.

APA xəbər verir ki, Zaqatala rayon Axaxdərə kənd sakini 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti bu gün axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Car kənd inzibati ərazisinin yüksək dağlıq hissəsində Şamil yaylağının yaxınlığında aşkar olunub.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən H. Məmmədovun meyitinin yüksək dağlıq ərazidən düşürülməsi istiqamətində işlər aparılır. H. Məmmədovun hansı şəraitdə ölməsi məlum deyil.

H.Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 18:50 "Uduzulacaq oyun deyildi"