COP29

İlkin araşdırma nəticələri gələn həftə açıqlanacaq

25 Yanvar 07:10 Araşdırma 212
İlkin araşdırma nəticələri gələn həftə açıqlanacaq

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq.

Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

Onun sözlərinə görə, AZAL təyyarəsinin “qara qutu”larının məlumatları Braziliyada tam olaraq oxunub və Qazaxıstana qaytarılıb.

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb.

Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 18:50 "Uduzulacaq oyun deyildi"