COP29

Yaşlanmanı gecikdirir və qırışların əmələ gəlməsini yavaşladır - FOTOLAR

07:40 Araşdırma 90
Yaşlanmanı gecikdirir və qırışların əmələ gəlməsini yavaşladır - FOTOLAR

Təbii qidalar arasında sağlamlıq üçün faydalı olan qidalardan biri də kokosdur.

Kokos özünəməxsus ecazkar qoxusu və dadı ilə seçilir.

Kokos həzm sisteminin sağlam işləməsini dəstəkləyir. Bağırsaq hərəkətlərini tənzimləməyə kömək edir.

Tərkibindəki faydalı maddələr sayəsində immunitet sistemini gücləndirir. Qan şəkərini balanslaşdırmağa kömək edərək diabet riskini azaldır.

Kokos xolesterolu tarazlamağa kömək edir və ürək-damar xəstəlikləri riskini azaldır. Həmçinin maddələr mübadiləsini sürətləndirir və bədənə enerji verir.

Beynin sağlam işləməsini dəstəkləyir, xüsusilə yaddaş gücləndirici təsirə malik olduğu deyilir.

Kokos bakteriyaların əmələ gəlməsinin və çoxalmasının qarşısını aldığı üçün ağız və diş sağlamlığına da müsbət təsir göstərir.

Tədqiqatlar kokosun xərçəngdən qoruduğunu da sübut edib. Tərkibində fenolik adlanan antioksidan maddələr var. Bu maddə hüceyrələri zədələnmədən qoruyur. Salisilik turşu, kofein turşusu hüceyrələrinizə zərər verə biləcək sərbəst radikalları aradan qaldırmağa kömək edir. Beləliklə, xərçəngə tutulma riskini azaldır.

Kokos həm də stressi aradan qaldıran təsirlərə malikdir.

Həzm sisteminə bütün müsbət təsirləri sayəsində arıqlamaq istəyənlərə də kömək edir.

Kokos dəriyə faydaları ilə seçilir və şampun, krem kimi kosmetik məhsullarda tez-tez istifadə olunur.

Tərkibindəki yüksək antioksidant sayəsində üzü günəşin zərərli təsirlərindən də qoruyur. Bundan başqa üzdəki qara nöqtələrə qarşı da təsirlidir. Məsamələri təmizləməyə kömək edir.

Dərisi quru olanlar üçün xüsusilə faydalıdır. Belə ki, daha dolğun və hamar bir görünüş əldə etməyə kömək edir. Dəridə nəmləndirici təsir yaradır.

Yaşlanmanı gecikdirir və qırışların əmələ gəlməsini yavaşladır.

Kokosun qabığındakı deşikləri bıçaq və ya nazik uclu əşya ilə açın və içindəki suyu qaba və ya stəkana boşaldın, sonra qabığını bıçaq və ya çəkiclə ehtiyatla sındırıb meyvəsini istehlak edin.

Kokosdan çıxan təzə kokos suyunu da içə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti