COP29

“Qarabağ” üçün Bakıya görün kim gəlib!

16:40 Araşdırma 612
“Qarabağ” üçün Bakıya görün kim gəlib!

Bakıda "Qarabağ" və FCSB (Rumıniya)ı arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin VII turunun oyununun təyinatları bəlli olub.

Qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunu FIFA referisi Filip Qlova idarə edəcək. Ona yan xətlərdə Daniel Polaçek və Peter Bednar kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Lukaş Dzivyak yerinə yetirəcək.

Ölkəsinin tanınan hakimlərindən sayılan 36 yaşlı ədalət təmsilçisi 2016-cı ildən beynəlxalq oyunlara təyinat alıb.

Azərbaycanlı futbolsevərlərə tanış olan Qlova indiyə qədər Azərbaycan təmsilçilərinin 3 matçını idarə edib.

İlk dəfə 2018-ci ilin martında – Azərbaycanın U-21 seçməsi səfərdə İrlandiyanın qonağı olanda, meydanda yaşananlara məhz bu şəxs nəzarət edib. Gərgin keçən qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

Növbəti dəfə bizimkilərlə yolu məhz Bakıda kəsişib. 2018-cu ilin oktyabrında “Qarabağ” Respublika stadionunda APOEL-I qəbul etmişdi ki, UEFA bu oyunun idarəçiliyini slovakiyalı hakimə həvalə etmişdi. Maksim Medvedevin avtoqolu ilə yadda qalan duel 2:2 hesabı ilə başa çatmışdı.

2020-ci ilin sentyabrında Nikosiyada Millətlər Liqası çərçivəsində Azərbaycanın əsas millisi ilə Kipr seçməsi arasında baş tutan matçda yaşananlar da Filipin nəzarətində olub. Bizimkilərin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada heyətdə olanlardan yalnız Bədavi Hüseynovla Şahruddin Məhəmmədəliyev bu gün də “Qarabağ”ın sralarındadır.

Beləliklə, təcrübəli referinin iştirak etdiyi oyunlarda Azərbaycan təmsilçiləri 1 qələbə qazanıb, 1 dəfə məğlub olub, digər halda bərabərə qalıb.

Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək duel saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti