COP29

Dövlətə xəyanət etməkdə şübhəli bilinən şəxs hakim qarşısına çıxarıldı

07:20 Araşdırma 98
Dövlətə xəyanət etməkdə şübhəli bilinən şəxs hakim qarşısına çıxarıldı

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə hazırlıq iclası keçirilib.

İlk iclasda anket məlumatları dəqiqləşdirilib. Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib.

İvan Svetliçnıy Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunur.

Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.

Onun konkret olaraq hansı əməlləri törətdiyi növbəti məhkəmə prosesində ittiham aktı elan olunarkən məlum olacaq.

Məhkəmə baxışı 3 fevral tarixinə təyin edilib.

Digər Xəbərlər
Xəbər Lenti