Minimum əmək pensiyası ilə bağlı dəyişiklik 1 fevraldan qüvvəyə minir.
Bu, “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Bu Qanuna uyğun olaraq, təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödəniləcək.
Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab ediləcək.
Fevralın 1-dən əmək pensiyasının minimum məbləği 320 manat olacaq.