Olavio Juninyonun “Qarabağ”dan “Flamenqo”ya transferindən qazanan təkcə Azərbaycan çempionu deyil.
Sportinfo.az xəbər verir ki, bu keçid Portuqaliyanın “Şaviş” klubuna da qazanc gətirib.
“Qarabağ” Juninyonun satışından əldə etdiyi 5 milyon avronun 10 faizini hücumçunun əvvəlki klubuna ödəməlidir. Buna braziliyalının 2023-cü ilin yayındakı transferi zamanı razılaşdırılan şərt səbəb olub.
Həmin vaxt Ağdam klubu portuqaliyalılara 500 min avro ödəyib. Bundan başqa, onun gələcək satışının 10 faizinin “Şaviş”ə çatması ilə bağlı da razılıq əldə olunub.
Nəticədə Olavio Portuqaliya klubunun tarixinə 10 ən çox qazanc gətirən futbolçu kimi düşüb. “Şaviş” braziliyalıya görə ümumilikdə 1 milyon avro qazanıb.
Juninyo “Qarabağ”ın heyətində 81 oyunda 42 qol vurub.