COP29

Keçmiş və yeni prezidentlər - Biri sponsor, biri xalaoğlu

16:05 Araşdırma 252
Keçmiş və yeni prezidentlər - Biri sponsor, biri xalaoğlu

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib.

Bu barədə qərar AÜF-nin Gənclər və İdman Nazirliyinin inzibati binasındakı ümumi yığıncağında qəbul edilib.

Səsvermənin nəticələrinə əsasən, növbəti 4 il müddətinə Zaur Əliyev AÜF-nin yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Zaur Əliyev çıxış edərək etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Federasiyanın sabiq prezidenti Xanlar Fətiyev yeni prezidentə və üzvlərə uğurlar arzulayıb.

Həm keçmiş, həm də yeni prezidentin birbaşa və dolayısı ilə futbol camiəsinə bağlılığı var.

X.Fətiyev 2008-2011-ci illər aralığında «Kəpəz»in prezidenti və sponsoru olub. «Sarı-göylər» Premyer Liqanı tərk edəndən sonra o da əlini klubun üzərindən çəkib.

Z,Əliyev isə Rəşad Sadıqovun yaxın qohumudur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri «Zirə»nin baş məşqçisinin xalası oğludur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti