COP29

Bu klubda daha bir futbolçu “gözaltına alındı” - “Qumarxana” təhqiqatı böyüyür

7 Yanvar 16:40 Araşdırma 621
Bu klubda daha bir futbolçu “gözaltına alındı” - “Qumarxana” təhqiqatı böyüyür

«Mingəçevir»i ağuşuna alan oyun «alver»i iddiaları böyüməkdədir.

AFFA hüquq-mühafizə orqanları ilə birgə araşdırmanın miqyasını genişləndirməkdədir.

Dünəndən etibarən təhqiqatın ikinci, daha mühüm mərhələsi başlayıb, bu dəfə Bakıya 7 deyil, 8 futbolçu çağırılıb.

Şübhə dairəsinə düşən oyunçuların siyahısına artıq Elmin Bayramov da daxildir.

Bilindiyi kimi, yaxınlarda «Minggəçevir»in bir qrup futbolçusu oyun alqı-satqısına görə saxlanılıb. I Liqada mübarizə aparan komandanın 7 üzvü gözaltına alınıb.

Bunlar qapıçı Movlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevdir.

Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmaya cəlb olunub.

Saytımıza bəlli olub ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Yeddi futbolçu toplantının ardından Mingəçevirdən Bakıya gətirilib.

Müraciət AFFA-dan gəlib. Federasiya oturduğu yerdə hərəkətə keçməyib. Belə ki, UEFA Bakıya növbəti serkulyar məktub göndərib.

Avropa futbol qurumu həmin məktubda AFFA-nı I Liqa ilə əlaqəli bəzi yeni bigilərlə tanış edib. UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olmasını qeyd eləyib.

Burada adı ən çox çəkilən komanda isə «Mingəçevir»dir. Təşkilatın daxilində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarından ibarət orqan müxtəlif leqal və qeyri-leqal bukmeyker kontorlarından məlumatlar toplayıb.

Bu zaman məlum olub ki, ayrı-ayrı ölkələrdən I Liqanın son 6-7 turuna külli miqdarda pul qoyuluşu edilib. Əsasən də «Mingəçevir»in məğlubiyyətlərinə böyük məbləğdə «stavka» qoyulub.

Odur ki, AFFA DİN-nin müvafiq orqanlarını məsələdən xəbərdar edib.

Prosesin gedişinə uyğun olaraq, qarşıdakı gündə daha 2-3 nəfərin araşdırmaya cəlb edilməsi gözlənilir.

Hər halda müəyyən etiraflar var və belə görünür ki, istintaq yeni adları da deşirfə eləyəcək. Yekun qərarın yaxın vaxtlarda açıqlanması planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti