Küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq olunub.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 6-sı günün birinci yarısında şimal-qərb küləyinin bəzi yerlərdə arabir
15-20 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.