COP29

“Turan Tovuz” 2025-ci ilə iki PROBLEMLƏ BAŞLAYACAQ

6 Yanvar 02:10 Araşdırma 744
“Turan Tovuz” 2025-ci ilə iki PROBLEMLƏ BAŞLAYACAQ

Premyer Liqada mövsümün ikinci yarısı nisbətən tez başlayacaq.

Sportinfo.az xəbər verir ki, bu dəfə komandalar yanvarın ikinci ongünlüyündə mübarizəni bərpa edəcəklər.

Amma bu, iki futbolçuya aid olmayacaq. Söhbət 2024-cü ilin sonunda cəzalı duruma düşənlərdən gedir.

Hər iki belə oyunçu da “Turan Tovuz”dadır. Şəhriyar Əliyev və Aleks Souza üçün 2025-ci il gec başlayacaq.

Onlar XIX turun “Kəpəz”lə matçını sarı vərəqə limitinə görə buraxacaqlar. Şəhriyar 8, Aleks 4 xəbərdarlıq aldığı üçün XX turu gözləyəcək.

"Kəpəz” – “Turan Tovuz” qarşılaşması yanvarın 19-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti