COP29

Universitetlərə qəbulda keçid balları artacaqmı? - VİDEO

5 Yanvar 08:40 Araşdırma 232
Universitetlərə qəbulda keçid balları artacaqmı? - VİDEO

Hər il ali məktəblərə qəbul imtahanları üzrə keçid ballarında dəyişikliklər olur. Ballar ya azalır, ya da artır.

Bəs bu illə bağlı proqnozlar necədir, ciddi dəyişikliklər gözlənilirmi?

Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli mövzunu şərh edib.

Bildirib ki, yerlərin sayının artırılması nəzərdə tutulsa da, bu il keçiriləcək qəbul imtahanlarında balların enməsi gözlənilmir.

Onun sözlərinə görə, 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli artırılmalıdır. Ötən ilin statistikasına nəzər saldıqda bu il qəbul yerlərinin sayının 5-8 min arası artacağı proqnozlaşdırılır.

Təhsil üzrə mütəxəssis vurğulayıb ki, keçid balları enməsə də, qəbul suallarının ötən illərə nisbətən asan salınacağı gözlənilir. Bu səbəbdən də qəbul faizi yüksək ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!