COP29

Araşdırmanın nəticəsi nə vaxt açıqlanacaq? - Təyyarə ilə bağlı

31 Dekabr 2024 08:10 Araşdırma 319
Araşdırmanın nəticəsi nə vaxt açıqlanacaq? - Təyyarə ilə bağlı

“Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasını araşdıran Qazaxıstanın hökumət komissiyası 30 gün ərzində işin ilkin nəticələrini təqdim edəcək”.

Bu barədə komissiyanın üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib.

Onun sözlərinə görə, hazırda qəza baş verən ərazidə araşdırma aparılır:

“Standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir. Hazırda araşdırmanın sahə mərhələsi gedir, yəni təyyarənin parçaları, qəza yerindən izlər toplanır və bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş anqarda yığılır”.

AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Həlak olanlardan 3-ü ekipaj üzvüdür. Onlara Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Digər Xəbərlər
Xəbər Lenti