Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin və "Nürnberq"in hücumçusu Mahir Emreli bazar dəyərini qoruyub.
“Transfermarkt” portalının son yeniləməsinə görə, o, 800 min avro (təxminən1,41 milyon manat) dəyərində qiymətləndirilir.
Mahir hələ “Dinamo”da (Zaqreb) oynayarkən iyunun əvvəlində əvvəlki yeniləmədə də eyni səviyyədə idi.