COP29

Vardanyanın işini onlar araşdıracaq - Məhkəmə icraatına götürüldü

30 Dekabr 2024 03:10 Araşdırma 234
Vardanyanın işini onlar araşdıracaq - Məhkəmə icraatına götürüldü

Çoxsaylı xüsusilə ağır cinayətlərin törədilməsində ittiham edilən Vardanyan Ruben Karlenoviçin cinayət işi məhkəmə icraatına götürülüb.

İş Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.

Onunla eyni tərkibdə hakimlər Camal Ramazanov və Anar Rzayev yer alır.

İlk iclasın vaxtı açıqlanmayıb.

Zeynal Ağayev Bakı Hərbi Hərbi Məhkəməsinin sədridir. Arayik Hartunyan və onunla birgə ittiham edilən digər hərbi cinayətkarlar da təcrübəli hakim Zeynal Ağayevin sədrliyi ilə mühakimə ediləcək.

Vardanyan Ruben Karlenoviç barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

O, terrorçuluğu maliyyələşdirməkdə, sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə və digər xüsusilə ağır cinayətlərdə təqsirləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti