COP29

“Qarabağ”ın altı, “Zirə”nin dörd oyunçusu “yükləndi”

30 Dekabr 2024 09:25 Araşdırma 935
“Qarabağ”ın altı, “Zirə”nin dörd oyunçusu “yükləndi”

2024-cü ildə ən çox oynayan futbolçuların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, CİES ilin arxada qalan hissəsində milli komanda və klubda ən çox oyun keçirən Azərbaycan təmsilçiləri də bəlli olub.

Çempionatında çıxış edənlər arasında rekord Toral Bayramova məxsusdur. O, 2024-cü ildə 60 matçda forma geyinib.

İlin sonuna qədər “Qarabağ”la “Şamaxı”nın iki, digər klubların bir oyunu qalsa da, Toral əlçatmazdır. O, ikinci yerdən 4 görüş çox keçirib və hətta bu fərqi artıra da bilər.

Azərbaycanda 6 futbolçu 50 və ya daha çox qarşılaşma keçirib. “Top-10”da isə yalnız iki klub təmsil olunub. “Qarabağ”ın altı, “Zirə”nin dörd oyunçusu “yüklənib”.

1. Toral Bayramov - 60
2. Ceyhun Nuriyev – 56
3. Yassin Benzia – 55
4. Leandro Andrade – 53
5. Elvin Cəfərquliyev – 51
6. Olavio Juninyo – 50
7-9. Ruan Renato – 47
Qismət Alıyev – 47
Bəhlul Mustafazadə - 47
10. Abdullah Zubir – 46

Toral daha çox oyun keçirsə də, meydanda olduğu dəqiqə sayında 3-cüdür. Ruan Renato bu baxımdan hamını qabaqlayır. Amin Seydiyev isə ikincidir. Bu siyahıda “onluq”da “Qarabağ”ın 5, “Zirə”nin 3, “Sabah”ın 2 oyunçusu var.

1. Ruan Renato - 4222
2. Amin Seydiyev - 3799
3. Toral Bayramov - 3728
4. Elvin Cəfərquliyev - 3684
5. Qismət Alıyev - 3654
6. Bəhlul Mustafazadə - 3579
7. Ange Mutsinzi - 3435
8. Cesse Sekidika - 3414
9-10. Olavio Juninyo - 3371
Bədavi Hüseynov - 3371

Dünyanın 66 liqasını əhatə edən siyahıya isə Jül Kunde başçılıq edir. Fransa millisinin və “Barselona”nın müdafiəçisi 69 oyunda 5872 dəqiqə meydanda olmaqla hər iki göstəricidə liderdir.

Digər Xəbərlər
Xəbər Lenti