COP29

Yanvarın 1-dən bu şəxslərin də maaşı ARTACAQ

05:00 Araşdırma 302
Yanvarın 1-dən bu şəxslərin də maaşı ARTACAQ

2025-ci ildən Azərbaycanda minimum əməkhaqqının artırılması 440 mindən çox çalışanın maaşına birbaşa təsir edəcək.

Ölkəmizdə 39 208 muzdlu işçi minimum həddən az maaş alır.

Daha 405 251 nəfər isə ayda 345-400 manat aralığında maaş alan şəxslərdir.

Ümumilikdə 444 min nəfər 400 manata qədər aylıq əməkhaqı ilə çalışır. Bu qədər insan cəmi işçilərin 27 faizdən çoxunu təşkil edir.

Deməli, 2025-ci ilin yanvarın 1-dən minimum maaşın 400 manata çatdırılması ilə 440 mindən çox insanın maaşı da artırılacaq. Minimum əməkhaqqı ilə işləyənlər ticarət sahəsində daha çoxdur. Bu sahədə 100 minə yaxın insan ayda 400 manata qədər maaş alıb.

Təhsil sahəsində də minimum maaşla çalışanlar çoxdur. Burada 400 manata qədər maaş alanların sayı 88 111 nəfər olub. İnzibati və yardımçı xidmətlərin göstərilməsi (57,2 min), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (29,5 min), tikinti (20 min) sahələrində də aşağı maaşla çalışanlar çoxdur.

Minimum maaşın artırılması bu şəxslərin maaşında artıma imkan yaradacaq.

Digər Xəbərlər
Xəbər Lenti