COP29

Ömrü 10 il azaldan yemək – Onun adını bilirsiz?

04:40 Araşdırma 107
Ömrü 10 il azaldan yemək – Onun adını bilirsiz?

Dünyada sağlam qidalanma ilə bağlı yeni narahatedici məlumatlar ortaya çıxıb.

Araşdırmaçılar insanın ömrünü qısalda biləcək bir yeməyi müəyyənləşdiriblər.

Beynəlxalq tibb jurnalında dərc olunmuş elmi araşdırmaya əsasən, qızardılmış toyuğun tez-tez istifadəsi ömrü 10 il azalda bilər.

Araşdırma müəllifləri bildirirlər ki, problem təkcə məhsulda deyil, həm də onun hazırlanma üsulundadır. Yüksək temperaturda yağda qızartma nəticəsində transyağlar və digər zərərli birləşmələr əmələ gəlir ki, bunlar da ürək-damar sisteminə dağıdıcı təsir göstərir. Bundan əlavə, belə qidalar piylənmə və ikinci tip diabet riskini artırır.

Qeyd etmək lazımdır ki, qızardılmış toyuq dünyada ən populyar fast-food yeməklərindən biridir. Xüsusilə ABŞ-də bu yemək çox məşhurdur və araşdırmalar məhz orada aparılıb. Tədqiqat çərçivəsində 10 il ərzində 100 mindən çox insanın qidalanma vərdişləri öyrənilib. Məlum olub ki, həftədə iki dəfədən çox qızardılmış toyuq yeyənlərin erkən ölüm riski əhəmiyyətli dərəcədə yüksək olub.

Mütəxəssislər qızardılmış qidaları sobada bişirilmiş və ya qaynadılmış yeməklərlə əvəz etməyi tövsiyə edirlər. Bundan əlavə, rasiona daha çox tərəvəz, meyvə və yüksək lif tərkibli məhsullar daxil etmək vacibdir. Mütəxəssislər vurğulayırlar ki, sağlam qidalanma və qidalanmada zərərli vərdişlərdən imtina ömrü əhəmiyyətli dərəcədə uzada bilər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 20:40 Sizə soyuq deyil? - VİDEO