Avrokubokların Liqa mərhələlərində bu həftə keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gecə Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda "Elfsborq"a uduzub - 0:1.
Oyunlardan sonra Azərbaycanın da sıralamadakı mövqeyi dəyişib. Aktivində 19,625 xal olan ölkəmiz siyahıda 1 pillə geriləyib və 28-ci yerdədir.
Azərbaycan cari mövsümdə 2,875 xal qazanıb. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
UEFA reytinqinə İngiltərə liderlik edir (99,374 xal).