Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur.
Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yağıntılı hava şəraiti dekabrın 4-ü səhərədək davam edəcək və yarımadanın bəzi yerlərində leysan xarakterli yağış olacaq.