"Qarabağ"ın Fransa təmsilçisi "Lion"la Avropa Liqası matçına təyinat alan serbiyalı hakim Nenad Minakoviç daha əvvəl Azərbaycan millisinin oyununu idarə edib.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi AVRO-2024-ün seçmə mərhələsində yığmanın Belçika ilə Bakıdakı qarşılaşmasında iş başında olub.
O, millinin 0:1 hesabı ilə uduzduğu görüşdə baş hakim funksiyasını yerinə yetirib.
N.Minakoviç 2021-ci ildən beynəlxalq matçlara təyinat alır.
Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.