COP29

Bu ilin sonuna orta aylıq pensiya 527 manat proqnozlaşdırılır

07:30 Araşdırma 85
Bu ilin sonuna orta aylıq pensiya 527 manat proqnozlaşdırılır

“Cari ilin sonuna yaşa görə orta aylıq pensiya 527,3 manat olaraq proqnozlaşdırılır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin plenar iclasında bildirib.

“Əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində layihələr davam edir. Növbəti ildə DSMF-nin xərcləri cari ildən 10,5 % çoxdur. Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat, yaşa görə isə orta aylıq pensiya 571 manat proqnozlaşdırılır.

Cari ilin sonuna yaşa görə orta aylıq pensiya 527,3 manat olaraq proqnozlaşdırılır. Pensiya sistemində əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayı ərzində indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 363 milyon manat əsassız xərclərin qarşısı alınıb”, - deyə nazir bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 20:00 Futbol, yoxsa əyləncə?
26 Noyabr 08:50 "Qrupumuzda zəif yoxdur"
26 Noyabr 08:20 "Zirə"dən 6-cı uğur