COP29

“İşğaldan azad olunmuş ərazilərdə 4300-dən çox iş yeri açılacaq”

07:30 Araşdırma 123
“İşğaldan azad olunmuş ərazilərdə 4300-dən çox iş yeri açılacaq”

“İşğaldan azad edilmiş ərazilərin “Böyük Qayıdışa dair Birinci Dövlət proqramı”nın icrası ilə bağlı deyim ki, yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarına ümumən 46 müəssisə daxil edilib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

M.Cabbarovun sözlərinə görə, burada layihələrin icrası çərçivəsində 232 milyon dollar investisiyanın yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

O qeyd edib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi də uğurla davam etdirilir: “Özəlləşdirməyə görə bu ilin 10 ayında büdcəyə 108 milyon manat daxil olub”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 11:00 Uğurlarınız BOL OLACAQ!
25 Noyabr 09:40 AFFA ona vəzifə verdi