COP29

Günün sualı - Azərbaycanda Aİ-95 markalı benzin ucuzlaşacaq?

04:40 Araşdırma 228
Günün sualı - Azərbaycanda Aİ-95 markalı benzin ucuzlaşacaq?

Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.

Amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib.

Nazirlər Kabineti tərəfindən Aİ-95 də bu siyahıya salınacaq. Bu barədə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.

Hazırda Aİ-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Bu benzinin qiyməti 1.10 AZN-dir.

Modern.az-ın məlumatına görə, mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli hökumətin benzin növləri üzərində qərar qəbul edilmə prosesini Tarif Şurasının çərçivəsinə salması qərarların qəbulu zamanı SOCAR şirkətinin nəzərə ala bilməyəcəyi amillərin də nəzərə alınmasına gətirib çıxaracağını, bunun da məzmun maraqlarının uzlaşdırılması baxımından faydalı olduğunu bildirib.

"Bütün bunların fonunda daha mühüm xəbər ondan ibarətdir ki, Aİ-95 markalı benzin ölkə daxilində istehsal olunur. Bu o deməkdir ki, artıq daha ucuz maya dəyərində istehsal edilməsi imkanları mövcuddur.

Əvvəllər Aİ-95 markalı benzini xaricdən idxal edirdik. Bu zaman isə əlavə logistik xərclər, istehsalçının istədiyi mənfəət marjasını qəbul etmək məcburiyyətində idik", - o, televiziyaya açıqlamasında qeyd edib.

Ekspert qeyd edib ki, hazırda Aİ-95 markalı benzinin ölkə daxilində istehsal edilməsi də həm qiymətlərin kəskin tərəddüdünün qarşısını alır, həm də benzinin həddən artıq qazancla satılmasının qarşısını alır.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?