COP29

Ermənistan - Azərbaycan sülh prosesini müzakirə etdilər

13 Noyabr 04:10 Araşdırma 169
Ermənistan - Azərbaycan sülh prosesini müzakirə etdilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə Ermənistanla Azərbaycan arasındakı sülh prosesini müzakirə edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli “X” hesabında paylaşım edib.

“Xarici işlər nazirimiz Hakan Fidan bu gün axşam saatlarında (12 noyabr) ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Görüş zamanı Qəzzada son vəziyyət, Livanda baş verənlər və Ermənistanla Azərbaycan arasındakı sülh prosesində mövcud vəziyyət müzakirə edilib”, - deyə diplomat bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 11:00 Sizin də yeriniz var!