Zaman-zaman məhsul və xidmətlərin qiyməti artır və bu əhalinin dolanışığında çətinlik yaradır.
Belə artımları nəzərə alarsaq, yeni ildən minimum əməkhaqqının qaldırılması ilə bağlı addımlar atıla bilərmi?
Mövzu ilə bağlı sonxeber.az-a sosioloq Elçin Bayramlı danışdı.
O, açıqlamasında qeyd etdi ki, pulun real dəyəri xeyli aşağı düşdüyü üçün minimum əməkhaqqı 500 manata çatdırılımalıdır:
"Son maaş və pensiya artımlarından artıq 1 ilə yaxın vaxt keçib. Bu müddətdə əksər məhsul və xidmətlərin qiymətində bahalaşma olub, inflyasiya gedib. Yəni, pulun real dəyəri xeyli aşağı düşüb. Bu səbəbdən maaş, pensiya artımlarının ciddi ölçüdə olmasına ehtiyac var. Elə hesab edirəm ki, düzgün indeksasiya üçün ən azı 50% artım olmalıdır. Amma bu heç də inandırıcı görünmür. 10% artım ola bilər, maksimum halda isə 15% gözlənilir. Bu isə artımları kompensasiya etmir, yenə də əhalinin aldığı pulun dəyəri 1-2 il əvvələ nisbətən aşağı olmuş olur. İndinin özündə də surətli şəkildə bahalaşmalar gedir. Pensiya və əməkhaqqı zəruri tələbatı belə ödəmir. Bu səbəbdən də yaşayış minimumu da qaldırılmalıdır. Hazırda 270 manatdır və 400 manata, minimum əməkhaqqında 345 manatda 500 manata, pensiya isə 280 manatdan 400-ə çatdırılmalıdır. Nomralda belə olmalıdır, amma qeyd etdiyim kimi ümumilikdə 10 % artım gözləyirəm, ən yaxşı halda isə 15% artım baş verə bilər".