“COP29-la bağlı Bakı Stadionundakı inşaat işləri 99 faiz tamamlanıb”.
Bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.
O bildirib ki, bu axşam bütün işlər yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək:
“Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır.
Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.