AFFA Avropa Liqasında "Beşiktaş" və "Makkabi" (Tel-Əviv) arasında matçın Bakıda təşkil olunma ehtimalına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bu barədə "report"a qısa açıqlama verib.
O, AFFA -ya bununla bağlı hər hansı müraciət daxil olmadığını bildirib.
Avropa Liqasının Liqa mərhələsinin V turunun "Beşiktaş" - "Makkabi" görüşü noyabrın 28-nə planlaşdırılıb.
Türkiyə tərəfi təhlükəsizlik səbəbindən matçın İstanbulda keçirilməyəcəyini açıqlamışdı.