COP29

Həddini aşdığına görə kənarda qalan iki nəfər kimdir?

16:40 Araşdırma 284
Həddini aşdığına görə kənarda qalan iki nəfər kimdir?

Premyer Liqanın 11-ci turu bəzi şəxslər üçün tamaşa meydanı olacaq.

Cəza səbəbindən bir futbolçu və bir məşqçi meydana çıxmaqdan məhrumdur.

Ötən həftə “Səbail”lə oyunda qırmızı vərəqə alan Edvin Kuç “Sabah”la prinsipial qarşılaşmada forma geyinə bilməyəcək.

“Sabah”da da itki var. Lakin bu şəxs futbolçu yox, məşqçidir. Krunoslav Renduliçin köməkçisi Saşa Sablyak cəzalı duruma düşdüyü üçün texniki zonada yer ala bilməyəcək.

Oktyabrın 25-də “Turan Tovuz” - “Kəpəz”, ertəsi “Araz-Naxçıvan” – “Zirə”, “Səbail” – “Sumqayıt”, oktyabrın 27-də “Sabah” - “Neftçi”, “Qarabağ” – “Şamaxı” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu