COP29

Mahir Emrelinin qolunun altında gizlənən əsl sifət

24 Oktyabr 23:00 Araşdırma 253
Mahir Emrelinin qolunun altında gizlənən əsl sifət

Mahir Emrelinin “Nürnberq”in formasında vurduğu möhtəşəm qol o dərəcədə təqdim olundu ki.

Buna görə hətta Mahiri Azərbaycan futbolu tarixində II Bundesliqada qol vuran ilk azərbaycanlı kimi qələmə verənlər də tapıldı.

Həmin qol I Bundesliqada yox, II-də vurulmuşdu. Yəni azərbaycanlı futbolçunun aşağı liqada fərqlənməsi Azərbaycanda bayram ab-havası yaratdı.

Bir də millimizi məğlub edən Estoniya seçməsinin heyətinə göz gəzdirdim. Onların bir neçə futbolçusunun adlı-sanlı liqalarda top qovmasından xəbərdaram idim.

Karol Mets – Almaniya Bundesliqasında mübarizə aparan “Sankt-Pauli”nin şərəfini qoruyur. Ötən mövsüm komandasının elitaya yüksəlməsində müstəxna xidmətləri olub və cari “futbol ili”ndə 7 oyunda əsas heyətdə yer almaqla hamısını əvəzlənmədən keçirib.

Karl Yakob Heyn – Mahirdən 5 yaş kiçik olan bu şəxs London “Arsenal”ına məxsus olmasına baxmayaraq, icarə əsasında “Real Valyadolid”in formasını tərlədir. Cari La Liqa mövsümündə 10 oyunda əsas heyətdə meydana ayaq basmaqla əvəzlənmədən oynayıb.

Belələri iki nəfər deyil. Polşa, İrlandiya, Niderland, İsveçrə kimi ölkələrdə legioner həyatı yaşayanları kifayət qədərdir.

Deməli, biz Emrelinin II Liqada qol vurmasına sevindiyimiz halda, estonlar I Bundesliqada və La Liqada çıxış edir, üstəlik, komandalarının əsas heyət üzvü hesab olunurlar.

Belə vəziyyətdə Azərbaycan – Estoniya matçında qalib gəlməli olan biz idik, yoxsa onlar? Futbol pulla yox, ayaqla və ağılla oynanır. Yaxşı nəticə qazanmaq üçünsə top liqalarda top qovmaq mütləqdir.

Biz Mahirin ilk qoluna sevinək, estonlar aparıcı liqalarda əsas heyətdə oynasınlar.

Azərbaycan futbolunun əsl sifəti (problemi) də elə Emrelinin vurduğu qolun altında gizlənir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?