COP29

“Qarabağ”ı pis tanımrlar - Gözünüz burada olsun

17:20 Araşdırma 117
“Qarabağ”ı pis tanımrlar - Gözünüz burada olsun

Azərbaycan və Niderland klubları UEFA turnirlərində indiyədək 6 dəfə üz-üzə gəliblər.

Sportinfo.az xəbər verir ki, bu oyunların 3-də rəqib komandalar qalib gəliblər, digər üç matçda isə heç-heçə qeydə alınıb.

İlk qarşılaşma 2009/2010 mövsümünə təsadüf edib. Həmin vaxt "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində "Tvente"yə rəqib olub.

Səfərdə 1:3 hesabı ilə uduzan "köhlən atlar" Bakıda qolsuz bərabərliyə razılaşıb və turnirdə mübarizəni dayandırıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2014/2015 mövsümündə də eyni turnirin pley-offunda "Tvente" ilə qarşılaşıb.

Bakıdakı ilk dueldə qapılara qol vurulmayıb. Azərbaycan çempionu Niderlanddakı matçda səfər qolu (1:1) sayəsində qrup mərhələsinə vəsiqəni təmin edib.

"Qəbələ"nin U-19 komandası da UEFA turnirində Niderland təmsilçisi ilə görüşüb. 2021/2022 mövsümündə Gənclər Liqasının 1-ci turunda AZ kollektivi "qırmızı-qaralar"ı hər iki görüşdə böyük hesabla üstələyib - 4:0, 7:0.

"Qarabağ" bu gün Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"ı qəbul edəcək. Bu, Azərbaycan və Niderland komandalarının UEFA turnirlərində 7-ci qarşılaşması olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matç saat 20:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor