COP29

“Ayaks” Bakıda hər yeri soraqladı, buranı seçdi

21 Oktyabr 20:40 Araşdırma 1 957
“Ayaks” Bakıda hər yeri soraqladı, buranı seçdi

Avropa Liqasının əsas mərhələsinin III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Ayaks”ın Bakı səfərinə aydınlıq gəlib.

Niderland nəhəngini ölkəmizə gətirən təyyarə oyundan iki gün əvvəl – oktyabrın 22-si axşam saatlarında Heydər Əliyev Hava Limanına enəcək və qarşılaşmadan bir gün sonra geri qayıdacaq.

Həmin gün istirahət edəcək komanda üzvləri, ertəsi saat 13:45-də “Neftçi Arena”da matçöncəsi son məşqinə çıxacaq.

Saat 18:00-da isə baş məşqçi Françesko Farioli Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandıracaq.

Qonaqlar məskunlaşmaq üçün Bakının dəbdəbəli otellərindən sayılan “Hilton”u seçib.

Oyunu izləmək üçün Niderlanddan ölkəmizə 460 azarkeşin gələcəyi barədə daha öncə xəbər vermişdik.

Oktyabrın 24-də Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti