COP29

Azərbaycan futbolunda elə hadisə baş verdi ki...

20 Oktyabr 09:25 Araşdırma 937
Azərbaycan futbolunda elə hadisə baş verdi ki...

Azərbaycan futbolunda 2024/25 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu, 2-ci Liqanın 7-ci turunda baş verib.

“Göygöl” öz meydanında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib. Bunadək mövsümün rekordu II Liqanın II turunun “Şimal” – “Ağdaş” matçında qeydə alınmışdı – 8:0.

9 topluq fərq həm də son 8 mövsümün rekordunun təkrarıdır.

Ötən mövsümdə 3 belə nəticə qeydə alınıb. 2-ci Liqada “Cəbrayıl” “Kürmük Qax”, “Şahdağ Qusar” “Dinamo” ilə görüşdə qonaqların qapısından 9 cavabsız top keçirib.

Əvəzedicilər liqasında isə “Qəbələ-2” “Araz-Naxçıvan-2” ilə səfər matçında eyni hesaba sevinib.

Daha böyük fərqə isə sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt “Zaqatala” I divizionda “Energetik”in qapısından 10 top keçirib.

Digər Xəbərlər
Xəbər Lenti