COP29

AFFA görün nə qədər xərcə düşməyə razılaşdı! - Bir buna görə

20:20 Araşdırma 638
AFFA görün nə qədər xərcə düşməyə razılaşdı! - Bir buna görə

AFFA-nın ölkə futbolunun yeni inkişaf strategiyasını hazırlayan «Double Pass» və «McKinsey & Partners»a nə qədər pul ödəyəcəyi bilinib.

Federasiya gördüyü işə görə xarici şirkətlərə 1,5 milyon avro verəcək.

Tərəflər arasında razılaşmaya görə, layihə bu ilin sonunadək hazır olacaq.

Bununla bağlı Rövşən Nəcəfin yanında qapalı toplantı keçirilib.

Burada məhdud sayda şəxs iştirak eləyib. AFFA prezidenti və bəzi funksionerlər təşktlatın partnyor şirkətləri olan «Double Pass» və «McKinsey & Partners»in nümayəndələri ilə bir araya gəlib.

İclasda 2025-2028-ci illəri əhatə edəcək layihənin detalları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xarici şirkət təmsilçilərinin yığıncaqda səsləndirdiyi bəzi fikirlər diqqət çəkib.

Belə ki, onlar aylardan bəri apardıqları araşdırmalar nəticəsində Azərbaycanda futbol infrastrukturunun zəif inkişaf etməsi barədə rəy veriblər.

Nəcəfi inandırmağa çalışıblar ki, mövcud problemlərin həllinə məhz bu istiqamətdən başlamaq lazımdır.

Yəni, Bakının özündə, ətraf şəhər və qəsəbələrdə, o cümlədən, bölgələrdə yeni stadionların, bazaların tikilməsi, təbii örtükli meydançaların salınması mütləqdir.

Qeyd olunub ki, respublikanın dörd bir tərəfində eyni vaxtda bu işə başlanmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti