Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 68129 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,0-a düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 2252-si əkiz, 96-sı üçəm və 4-ü isə dördəm doğulub.