2024-cü ildə ölkə üzrə qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30788 nikah və 14248 boşanma halları qeydə alınıb.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,0-dan 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.