Meksika millisinin keçmiş oyunçusu və Morelos əyalətinin keçmiş qubernatoru Kuautemok Blanko ögey bacısını zorlamağa cəhddə ittiham olunur.
Sportinfo.az xəbər verir ki, bu barədə "El Financiero" məlumat yayıb.
Mənbə qeyd edir ki, qız bir neçə həftə əvvəl 51 yaşlı meksikalını şikayət edib.
Zərərçəkmişin sözlərinə görə, Blanko onu administrasiyasındakı vəzifəsindən uzaqlaşdırmaqla hədələyərək rəsmi iqamətgahında cinsi əlaqəyə girməyə məcbur edib.
Həmçinin, keçmiş futbolçuya qarşı vəsaitin xərclənməsinin mənbəyi və məqsədinin gizlədilməsi ehtimalı ilə əlaqədar Morelosun korrupsiyaya qarşı mübarizə prokurorluğuna şikayət edilib.
Blanko 2016-cı ildə karyerasını başa vurub. O, beynəlxalq FIFA mükafatlarını qazanan yeganə meksikalı futbolçudur. Klub səviyyəsində "Amerika", "Puebla", "Real Valyadolid" və "Çikaqo Fayr" kimi komandalarda oynayıb.