COP29

İki futbolçu, bir məşqçi – Azərbaycanda bu adamlara cəza verildi

12 Oktyabr 14:40 Araşdırma 2 081
İki futbolçu, bir məşqçi – Azərbaycanda bu adamlara cəza verildi

12-14 oktyabr aralığında Azərbaycan kubokunda I təsnifat mərhələsinin oyunları baş tutacaq.

Yalnız II Liqa iştirakçılarının qatıldığı ilkin mərhələdə 7 oyun keçiriləcək ki, bəzi futbolçular qarşılaşmaları kənardan izləmək məcburiyyətində qalacaq.

İki futbolçu və bir məşqçi cəzalı durumda olduğu üçün stadionlara tamaşaçı qismində gələcəklər.

Bunlar “Göygöl”dən Elcan Rəhimovla “Araz-Saatlı”dan Elariz Xəlillidir. “Sheki City”nin məşqçisi Firuddin Mövsümov da ötən mövsümdən cəzalıdır.

Oktyabrın 12-də “Şahdağ Qusar” – “Kür-Araz”, “Şəfa” – “Saatlı-Araz”, ertəsi “Sheki City” – “Şəmkir”, “Lerik” – “Ağdaş”, “Göygöl” – “Hypers Quba”, “Şimal” – “Qusar”, oktyabrın 14-də “Dinamo” – “Füzuli” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti