COP29

AFFA millimizi rüsvay edən bu şəxsə hər ay Bakıda o qədər PUL XƏRCLƏYİR Kİ..!

12 Oktyabr 16:00 Araşdırma 8 998
AFFA millimizi rüsvay edən bu şəxsə hər ay Bakıda o qədər PUL XƏRCLƏYİR Kİ..!

AFFA yayda 4 illik müqavilə imzaladığı Fernandu Santuşa görə nə qədər xərcə düşdüyü məlum olub.

Millinin başına gətirilən portuqaliyalı mütəxəssis üçün Bakının mərkəzində yerləşən və elit yaşayış məkanı sayılan «Port Baku»da böyük mənzil kirayələnib.

Dörd otaqdan ibarət komfortlu evin aylıq icarəhaqqı 5000 manat təşkil edir. 70 yaşlı çalışdırıcının bütün kommunal ödəmələri də federasiya tərəfindən qarşılanır.

Tərəflər arasında razılaşmaya əsasən, Santuş 2028-ci ilin sonunadək millimizin başında dayanacaq. Bu isə o deməkdir ki, AFFA həmin tarixədək təkcə 240 min manat pulu elə kirayəyə verəcək.

Kriştianu Ronaldonun həmyerlisi bunun qarşılığında yığmamıza nə qazandıracaq, çox müəmmalı və şübhəlidir.

Hər halda start olduqca biabırçı alınıb. Komandamız Millətlər Liqasının C Divizionuna ardıcıl 3 məğlubiyyətlə başlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti