UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Slovakiya matçını idarə edəcək norveçli Roxit Saqqi daha əvvəl də təmsilçimizin matçına təyinat alıb.
Sportinfo.az xəbər verir ki,32 yaşlı ədalət təmsilçisi "Neftçi"nin Konfrans Liqasındakı qarşılaşmasında iş başında olub.
FIFA referisi 2022/2023 mövsümündə "ağ-qaralar"ın Avstriyada "Rapid" (Vyana) klubuna əlavə vaxtda 0:2 hesabı ilə uduzduğu III təsnifat mərhələsinin cavab oyununu idarə edib.
Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən "Neftçi" bu görüşdən sonra avrokubokla vidalaşıb.
Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.