COP29

Sağlam qalmaq üçün üçün armud yeyin, faydasını görün!

04:30 Araşdırma 204
Sağlam qalmaq üçün üçün armud yeyin, faydasını görün!

Armud bol lif, antioksidant, vitamin və mineral ehtiva edən bir meyvədir.

Armud orqanizmə möhkəmləndirici, sidikqovucu, dezinfeksiyaedici, qızdırmasalıcı, öskürək və iltihab əleyhinə təsir göstərir.

Liflə zəngin olan armud həzm sistemini yaxşılaşdırır. Lif bağırsaq hərəkətlərini tənzimləyərək qəbizlik kimi problemlərin qarşısını ala və həzm sisteminə müsbət təsir göstərə bilər.

Antioksidantlar armudda olan digər vacib komponentlərdir. Bu antioksidanlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə ziyanını azaldır. Bununla da, armud istehlakı qocalma prosesini yavaşlada və müxtəlif xəstəliklərə qarşı qalxan ola bilər.

Armuda həm də balanslaşdırılmış pəhrizin əhəmiyyətli bir hissəsi kimi üstünlük verilə bilər. Aşağı kalorili və yüksək lifli olması armudu sağlam çəki nəzarətinə kömək edən meyvə halına gətirir. Lif toxluq hissini artıraraq həddindən artıq yeməyə meyli azaldır.

Armud C və K kimi vacib vitaminləri, həmçinin kalium kimi mineralları ehtiva edən zəngin bir qidadır. Bu qidaların immunitet sistemini gücləndirmək və enerji istehsalına töhfə vermək kimi müxtəlif faydaları var.

Kalium baxımından zəngin olan armud qan təzyiqini tənzimləyərək ürək sağlamlığını dəstəkləyir. O, həmçinin xolesterin səviyyələrini tarazlaşdırmaq potensialı ilə ürək-damar sisteminin qorunmasına kömək edir.

Armud tərkibindəki C vitamini sayəsində immunitet sistemini gücləndirir. Bu, orqanizmi infeksiyalara və xəstəliklərə qarşı qorumaq qabiliyyətini artırır.

Yüksək su tərkibi sayəsində armud bədənin su balansına kömək edir.

Hamilə qadınların doğuşdan sonra itirilən enerjilərini bərpa etmək üçün armud ən yaxşı meyvə hesab edilir. Qızdırmanı aşağı salır.

Alimlər araşdırmalarla armudun arıqlamağa kömək etdiyini təsdiqləyiblər.

Armudun tərkibindəki lif kanserogen hüceyrələrə bağlanır və onları çıxarır və nəticədə kolon xərçənginin qarşısını alır.

Armud qurusu

Meyvənin qurudulmuş formasında vitamin, zülal və karbohidrat dəyərləri artır. Qurudulmuş armud həzm pozğunluğundan qan azlığına qədər geniş təsir spektrinə malikdir.

Armud qurusunun faydalarına nəzər salaq:

1. Böyrəklərin nizamlı fəaliyyətində təsirlidir.

2. Böyrəklərdəki daş və qumun çıxarılmasına da kömək edir.

3. Qanı təmizləyərək daxili ifrazat sisteminin nizamlı işləməsini dəstəkləyir.

4. Hamiləlik zamanı qusmanın qarşısını alır.

5. Əsəblərə sakitləşdirici təsir göstərir və əsəb yorğunluğunu aradan qaldırır.

6. Mədə pozğunluğunun aradan qaldırılmasında mühüm rol oynayır.

Meyvələr şəkərlə zəngin olduğu üçün xüsusilə diabet xəstələri tərəfindən həddindən artıq istehlak sağlamlıq problemlərinə gəyirib çıxara bilir. Bağırsaq hərəkətlərini tənzimləməyə kömək edən armudun faydaları və zərərləri istehlak miqdarına görə dəyişir. Çox meyvə istehlakı ishal şikayətlərinə səbəb ola olur.


Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 04:00 UEFA-dan növbəti təyinat