Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 8-i axşam şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Həmçinin Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağstafa, Goranboy, Samux, Gəncə, Qazax, Tovuz, Şəmkir, Qobustan, Naftalan, Şirvan, Salyan, Hacıqabul, Xızı, Siyəzən, Xaçmaz, Şabranda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.