COP29

“Qarabağ”la matç üçün Bakıya kimlər və neçə nəfər gələcək?

2 Oktyabr 21:20 Araşdırma 332
“Qarabağ”la matç üçün Bakıya kimlər və neçə nəfər gələcək?

“Qarabağ”ın Avropa Liqasında “Malmö” ilə oyununu izləmək üçün Bakıya bir qrup azarkeş təşrif buyuracaq.

İsveçdən ölkəmizə gələcək fanatların sayı elə də çox olmayacaq.

Qarşı tərəf ağdamlılara dəqiq say bildirməsə də, 30-50 nəfərlik qrupun oyun günü qonaq komandanı dəstəkləyəcəyi gözlənilir.

Akkreditasiya müraciəti edən isveçli jurnalistlərin sayı isə ikidir. Həmkarlarımız 90 dəqiqə ərzində baş verənləri oxucularına çatdıracaq.

Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində baş tutacaq görüş saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!
2 Oktyabr 02:50 Yığmamız ruslara uduzdu