COP29

“Qarabağ” tanış olsun - Rekordçu, ÇL-in finalçısı, Ponomaryovun dostu

2 Oktyabr 22:20 Araşdırma 1 000
“Qarabağ” tanış olsun - Rekordçu, ÇL-in finalçısı, Ponomaryovun dostu

Avropa Liqasının Liqa mərhələsinin I turunda “Tottenhem”ə uduzan (0:3) “Qarabağ”ın növbəti rəqibi “Malmö”dür.

Oktyabrın 3-də Bakıda keçiriləcək qarşılaşmadakı rəqib kifayət qədər təcrübə sahibi olsa da, böyük əksəriyyət bu görüşə potensial 3 xal gözü ilə yanaşır.

Elə isə “Malmö”nü yaxından tanıdaq və tanıyaq.

Rekordların sahibi

Kifayət qədər zəngin tarixə malik olan İsveç klubu 1910-cu ilıdə yaradılıb. 114 illik tarixi ərzində ölkədaxili yarışlarda bütün mümkün titullara və rekordlara imzasını yazdırmağı bacarıb.

“Göylər” 1943-2024-cü illər aralığında 26 dəfə ölkə çempionluğunu bayram edib ki, bu göstəricidə ölkə rekordçusudur. Ölkə kubokunda da bu Malmö şəhərinin eyniadlı klubuna çatan yoxdur – 16 dəfə İsveç kubokunun qalibi olub. 2013 və 2014-cü illərdə Superkuboku muzeyinə aparıb. Bir sözlə, İsveç klubları deyəndə ağıllarda “Qarabağ”ın hazırkı rəqibinin adı canlanır.

Çempionlar Kubokunun finalçısı

“Göylər” avrokubok təcrübəsi və Avropa futbolundakı nəticələri ilə öyünə bilər. “Malmö” ən böyük uğura 1978-79 mövsümündə imza atıb. Həmin mövsümdə İsveç çempionu qismində qatıldığı Avropa Çempion Klublar Kubokunda (indiki Çempionlar Liqası) finala qədər irəliləyən skandinavlar həlledici qarşılaşmada “Nottingem Forest”ə boyun əyməklə 0:1 gümüş medalları qazanıb.

İsveç nəhəngi tarixi ərzində bütün klub yarışlarına qatılmaqla ümumilikdə 225 oyun keçirib. Oyunların ən çoxu Çempionlar Liqasının payına düşsə də, “Malmö” son 10 ildə 3 dəfə bu turnirin qruo mərhələsində mübarizə aparıb. 4 halda isə Avropa Liqasının qrup mərhələsinə qədər irəliləməklə 2 dəfə pley-off sevincini yaşayıb.

Ponomaryova tanış sima

Hazırkı “Malmö”nün onurğa sütununu Skandinaviya ölkələrinin təmsilçiləri təşkil edir. Legionerlərin böyük əksəriyyəti Danimarka, Norveç və Finlandiyadan gələnlərdir ki, onlar üçün uyğunlaşma prosesi, yaxud komandanın oyun üslubuna bələd olmaq çətinlik yaratmır.

İki futbolçu Braziliyanı təmsil edir, bir nəfər Perudandır, daha iki nəfər Monteneqro və İslandiyadan gəlib.

Komandanın ən parlaq siması İsveç millisinə də dəvət olunan İsaak Kise Telindir. Onunla yanaşı Norveç millisinə çağırılan Erik Boteym və 34 yaşlı kapitan Anders Kristiansen “Mölde”nin təhlükəli futbolçuları hesab olunurlar.

Baş məşqçi 48 yaşlı Henrik Ridströmdur. Futbolçu karyerasının 20 ilini yerli “Kalmar”a həsr etməklə klubda ən çox oyun keçirən futbolçu kimi tarixə düşən isveçli mütəxəssis məhz burada Azərbaycan millisinin sabiq üzvü Anatoli Ponomaryovla komanda yoldaşı olub.

“Malmö”yə hələnə kimi məşqçilik karyerasında ciddi uğur olmayıb. 2023-cü ildə İsveç çempionluğunu və ölkə kubokunu qazanmaqla məşqçilik sahəsində ilk uğurlarını əldə edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti