COP29

Respublika əhalisinə xəbərdarlıq edildi - Hava dəyişir

07:10 Araşdırma 152
Respublika əhalisinə xəbərdarlıq edildi - Hava dəyişir

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si günün birinci yarısında fasilələrlə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 1-i əsasən dağlıq və dağtəyi rayonlarda, 2-dən 3-ü gündüzədək isə əksər rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi