COP29

“Neftçi”nin başına bəla açıb - "Qarabağ"ın önünə çıxan

27 Sentyabr 00:30 Araşdırma 752
“Neftçi”nin başına bəla açıb - "Qarabağ"ın önünə çıxan

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərədə yerli "Tottenhem" ilə matçını idarə edən Villi Delajo daha əvvəl iki dəfə Azərbaycan təmsilçisinin matçında iş başında olub.

Sportinfo.az xəbər verir ki,32 yaşlı FIFA referisi 2023/2024 mövsümündə "köhlən atlar"ın bu turnirdəki qarşılaşmasına da təyinat alıb.

Fransalı ədalət təmsilçisi Ağdam klubunun Finlandiyada HİK-i 2:1 hesabı ilə məğlub etdiyi III təsnifat mərhələsinin cavab görüşündə fitini səsləndirib.

O, 16-cı dəqiqədə Helsinki komandasından Kevin Kuassivi-Benissanı birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub.

2020-ci ildən beynəlxalq oyunlara təyinat alan Delajo Bakıya da gəlib. Referi 2021/2022 mövsümündə "Neftçi"nin İsrailin "Makkabi" (Hayfa) klubu ilə heç-heçə etdiyi (3:3) Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında meydanda ədaləti qoruyub

. O, həmin vaxt 77-ci dəqiqədə "ağ-qaralar"ın futbolçusu İsmayıl Zülfüqarlını birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.

Digər Xəbərlər
Xəbər Lenti